Tibb Universitetinin əməkdaşı nüfuzlu beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib

Tibb Universitetinin əməkdaşı nüfuzlu beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib Azərbaycan Tibb Universitetinin ümumi və toksikoloji kimya kafedrasının assistenti Kəmalə Bədəlova nüfuzlu beynəlxalq jurnalın “Redaksiya Kollegiyasının Hörmətli Üzvü” seçilib.
Bu haqda “İlkin Araşdırmalar və Tədqiqat İşləri” beynəlxalq jurnalı tərəfindən K.Bədəlovaya sertifikat təqdim olunub.
Qeyd edək ki, jurnalın onlayn platforması müxtəlif sahələri əhatə edən tədqiqatların gücləndirilməsi üçün yaradılıb. Aylıq jurnal Hindistanın “Alborear (OPC) Private Limited” şirkəti tərəfindən nəşr olunur. Jurnalda bütün sahələrə aid keyfiyyətli araşdırma işləri yer alır.

Mətbuat Xidməti



Oxşar xəbərlər