“İdrak Texnoloji Transfer” şirkəti Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıqda maraqlıdır

“İdrak Texnoloji Transfer” şirkəti Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıqda maraqlıdır “İdrak Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət Abdullayev Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüb.
Rektor universitetdə aparılan elmi-tədqiqatlar, professor-müəllim heyətinin və tələbələrin hazırladıqları texnoloji həllər və onların sənayedə tətbiqi barədə məlumat verib. O bildirib ki, belə layihələrin əmək bazarına transferi üçün universitet-sənaye iş birliyinin inkişafı prioritet vəzifələrdəndir.
H.Abdullayev rəhbərlik etdiyi şirkətin AzTU ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Daha sonra universitetin tədqiqatçılarının hazırladıqları layihələrə baxış keçirilib.
Qeyd edək ki, yaxın günlərdə AzTU ilə “İdrak Texnoloji Transfer” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər