Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavriat səviyyəsinə qəbul olan abituriyentlər onlayn qeydiyyatdan keçmək üçün sənədlərini elektron formada [email protected] ünvanına göndərməlidirlər.
Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsi (PDF), attestat və ya diplom (PDF), abituriyentin ali məktəbə qəbul haqqında nəticə vərəqi (PDF), abituriyentin Dövlət İmtahan Mərkəzinin səhifəsinə daxil olmaq üçün istifadəçi adı və şifrəsi, 3x4 sm ölçüdə rəngli fotoşəkil, təhsil haqqı ödənişinin qəbzi (PDF), əlaqə vasitələri (mobil, ev telefonu, elektron poçt), təhsil haqqı ödənişindən azad olan imtiyazlı şəxslərin (şəhid, məcburi köçkün, valideyn himayəsindən məhrum olmuş, Qarabağ və 20 yanvar əlili övladı statusu olanlar) notarial qaydada təsdiq edilmiş sənədləri (PDF) tələb olunur.
Qeydiyyatla bağlı daha ətraflı məlumat almaq üçün [email protected] elektron poçt ünvanına müraciət etmək olar. Təhsil haqqının ödənişi “Kapital Bank”ın filiallarında və ya bankın ödəniş terminalları vasitəsilə həyata keçirilə bilər.
Tehsil-press.az