Noyabrın 10-da Ermənistan birgə bəyanatı imzalamaqla özünün kapitulyasiyasını elan etdi. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, artıq heç bir statusdan söhbət gedə bilməz, həmçinin bu bəyanata əsasən, Naxçıvan blokadadan azad olundu.
Bəyanatın imzalanmasının elan olunmasından, Prezident İlham Əliyevin xalqa müraciətindən dərhal sonra Azərbaycan xalqı küçələrə axışaraq Qələbəni bayram edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən və 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycan Ordusunun tam qələbəsi ilə başa çatdı. Xalqımız illərdir gözlədiyi anı bayram edir.
Təslim olduqlarını elan edən Ermənistanda isə vəziyyət tam fərqlidir. Paşinyan məğlub olduqlarını və faktiki olaraq təslim olmaları barədə sənədə imza atdıqlarını etiraf etdi. Hazırda məğlubiyyətin acısını dadan Ermənistanda insanlar küçələrə axışıb Paşinyanın istefasını tələb edirlər. Paşinyan isə müraciətində “Məni devirməyə çalışanlar Şuşanın müdafiəsi zamanı harada idilər?”, - deyə faktiki olaraq erməniləri ittiham edib. Bildirib ki, Yerevandakı iğtişaşların bütün təşkilatçıları ciddi şəkildə cəzalandırılacaq. Erməni iğtişaşçılar Paşinyan adminstrasiyasının yerləşdiyi binaya daxil olub, iclas salonlarını dağıdıb. Hazırda parlament binasında və onun ətrafında vəziyyət gərgindir, etirazçılar ətrafdakı bütün küçələri bağlayıb.
Sosial şəbəkələrdə ermənilər sərt şəkildə Paşinyanı təhqir edir və onun ittiham olunmasını, həbs edilməsini tələb ediərək yazırlar: “Sən bizi qırğına verdin”, “Bizə heç muxtariyyət də vermədilər, sən bizi aldatdın”, “Sən saxtakarsan, teatr quraraq bizi aldatdın”. Əlbəttə sosial şəbəkələrdə minlərlə, yüz minlərlə bu cür şərhlər yazılıb. Təbii, biz əmin idik ki, Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlamaq, saxta ideologiya uğrunda minlərlə erməni gəncini qırğına vermək Paşinyan üçün ağır nəticələrə səbəb olacaq. O isə başa düşmürdü ki, Prezident İlham Əliyevin ətrafında yumruq kimi, birləşən xalqımız ona bu zərbəni endirəcək.
Əlbəttə, Paşinyan da nəhayət, başa düşdü ki, bu cür güclü Azərbaycan Ordusunun qarşısında tab gətirəcək orduya malik deyil. Lakin Şuşada yallı gedən, “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyana indi veriləcək bir sual var: “Nə oldu Paşinyan?”
Tehsil-press.az