Bağdad şəhərinin dipomatik missiyalar və hökumət binalarının yerləşdiyi “yaşıl zona”sının raket atəşinə tutulması bir uşağın həlak olmasına, daha beş nəfərin yaralanmasına gətirib çıxarıb.
Bu barədə İraqın təhlükəsizlik orqanlarının mətbuat xidməti bildirib.
“Yeddi raketdən dördü “yaşıl zona”da, üçü ondan kənarda, üçündən biri havada partlayıb... Atəş nəticəsində qız uşağı dünyasını dəyişib, daha beş nəfər yaralanıb, onlar hamısı dinc sakinlərdir”, - mətbuat xidməti feysbukda yazıb.
Öz növbəsində, İraq Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığı bəyan edib ki, ölkə kəşfiyyatı raket atəşini həyata keçirən cinayətkarların axtarışına başlayıb və günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib.
Tehsil-press.az