ADA Universitetində “İrs” tələbə klubunun təşəbbüsü ilə Sabit Rəhman və Emin Sabitoğlunun yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələrinin qatıldığı proqramda hər iki görkəmli mədəniyyət xadiminin irsi xatırlanıb.
Tələbələrin musiqili çıxışları ilə yanaşı, tədbirdə filologiya üzrə fəlsəfə doktoru, professor Şirindil Alışanlı böyük yazıçı və dramaturq Sabit Rəhmanın yaradıcılığı barədə məlumat verib.
Daha sonra Sabit Rəhman və Emin Sabitoğlunun ssenarist və bəstəkar kimi üzərində işlədikləri filmlər barədə müzakirələr aparılıb. Tələbələrin Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivindən tapdıqları maraqlı materiallar, iki görkəmli simanın birgə ərsəyə gətirdiyi “Hicran” tamaşasından parçalar nümayiş etdirilib.
Tədbirdə çıxış edən Xalq şairi Nəriman Həsənzadə Sabit Rəhman və Emin Sabitoğlu barədə xatirələrini bölüşüb.
ADMİU-nun rektoru, Emin Sabitoğlunun qızı Ceyran Mahmudova gözəl yaradıcılıq axşamına görə təşəkkürünü bildirib. O etiraf edib ki, Azərbaycan mədəniyyətini təbliğ edən və eyni zamanda, onun ailə üzvlərinin irsini işıqlandıran tədbir onda kövrək hisslər və yüksək təəssürat yaradıb.
Sonda çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, müasir zamanda gənclərin Azərbaycanın ədəbiyyatı və incəsənətinin görkəmli şəxsləri barədə məlumatlandırılması çox vacibdir və “İrs” tələbə klubunun belə bir təşəbbüsü təqdirəlayiqdir. O, tələbələri həmyaşıdları arasında bu səpkidə maarifləndirmə fəaliyyətini davam etdirməyə çağırıb.
ADA-nin Mətbuat Xidməti