"Təhsil Araşdırmalar Mərkəzi" təqdim edir!

"Təhsil Araşdırmalar Mərkəzi" olaraq, biz yeni bir layihəyə başlayırıq. "Müharibə və Yeni Dövr" proyekti çərçivəsində- yaranan yeni şərait və dövr barədə ekspertlərin, alimlərin, düşüncə sahiblərinin fikirlərini sizlərə və cəmiyyətə təqdim edəcəyik.
Layihənin ilk yayınında iqtisadi-sosial-siyasi aspektləri araşdırdıq. Emin Camalovun qonağı ABŞ-ın "Rutgers" universitetinin professoru Qubad İbadoğlu oldu.
Qubad bəy 5 sualımızı cavablandırdı:
1)Okeanın o tayından Azərbaycan necə görünür? Ümumiyyətlə, ölkəmizə dair ABŞ-da düşüncələr, elmi qurumların, alimlərin, həmçinin siyasilərin baxışları necədir?
2) Bu müharibə niyə baş verdi və bu savaşda xalqımızın və ordumuzun qalib gəlməsini şərtləndirən əsas faktorlar hansılardır?
3)İkinci Qarabağ savaşının ən mühüm nəticələri nələr olacaq və bundan sonrakı proseslər necə cərəyan edəcək?
4)Azərbaycanı bu müharibədən sonra iqtisadi olaraq nələr gözləyir? Xüsusən də təmizlənən ərazilərdə köklü yenidənqurma və bərpa işlərinin olacağını və bunu üçün milyardlarla vəsait lazım olduğunu nəzərə alanda ölkəmizin büdcəsinin və imkanlarının buna yetəcəyini düşünürsüzmü? Nələr edilməlidir ki, Azərbaycan bu işin öhdəsindən gələ bilsin?
5)Gələcəkdə, yəni 5-10 il sonra necə bir Azərbaycan təsəvvür edirsiz? İqtisadi-sosial-siyasi baxımdan.



Tehsil-press.az

Oxşar xəbərlər