Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) virtual dekanlığına noyabrın 10-dan 23-dək tələbələr tərəfindən 457 müraciət daxil olub.
Müraciətlər daha çox tələbə smartkartlarının verilməsi, “Sosial həssas əhali qrupuna aid olan ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarın tətbiqi, eləcə də imtahanlar, “Bir pəncərə” xidməti, ikili diplom proqramları, qaib limiti, təqaüdlər barədə olub. Müraciətlərə aidiyyəti üzrə baxılaraq icrası üçün zəruri tədbirlər görülüb.
Qeyd edək ki, virtual dekanlıq UNEC-in, eləcə də bu ali təhsil müəssisəsinin Zaqatala filialının 18.996 tələbəsinə xidmət göstərir.
Tehsil-press.az