Azərbaycanlı alimin məqaləsi “Web of Science” indeksli jurnala daxil edilib

Azərbaycanlı alimin məqaləsi “Web of Science” indeksli jurnala daxil edilib Azərbaycan Dillər Universitetinin Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Bayramovanın məqaləsi “Clarivate Analytics” informasiya agentliyinin “Web of Science” məlumatlar bazasında indeksləşən “Revista TURISMO: Estudos e Práticas, 2020” jurnalında dərc olunub.
“Dillərin semiotik sistemində vizual ritorika elementləri” adlı məqalədə ünsiyyət prosesi semiotika və ritorikanın qarşılıqlı əlaqəsi müstəvisində təhlil olunur. Qeyd olunur ki, ünsiyyət prosesində qeyri-verbal formalar həmişə mühüm rol oynayıb, lakin texnologiyanın inkişafı vizual obrazlarla ünsiyyəti kütləviləşdirib. Təsvirlər müxtəlif məqsədlərlə müxtəlif formalarda istifadə olunmağa başlanıb, ritoriklərin son tədqiqatları piktorial istiqamət alıb. Buna səbəb son dövrlər müasir mədəniyyətlərdə vizual işarələrin kütləviləşməsidir. Digər kodlar kimi obrazlı dil də hər hansı bir mədəniyyətin reallıqlarını əksetdirmə sistemidir. Yalnız verbal ünsiyyətlə kifayətlənmək bizi əhatə edən və gündəlik həyatımızda mühüm rola malik işarələrin az bir hissəsinin dərk edilməsi anlamına gəlir.

Tehsil-press.az

Oxşar xəbərlər