Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) və Qazaxıstan Respublikası tərəfindən İslamabadda təşkil olunmuş Əl-Fərabi Qlobal Forumunda iştirak edib.
İkigünlük konfrans böyük mütəfəkkir, müsəlman filosofu Əbunəsr Əl-Fərabinin 1150 illiyinə həsr olunub. Tədbirdə Əl-Fərabinin dünya elminə töhfələri, əsərlərinin dünya mədəniyyətinə və gələcək intellektual mühitə təsiri, eyni zamanda, müasir dövr üçün aktuallığı müzakirə edilib. İclasda Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi, COMSTECH-nin direktoru Məhəmməd İqbal Çaudari, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı, Oksford Universitetinin professoru Fərhan Nizami, Münhen Universitetinin professoru Peter Adams və bir çox nüfuzlu alimlər iştirak ediblər. Tədbirə Pakistan, İngiltərə, Qazaxıstan, Azərbaycan, Kamerun, Nepal, Somali və Sudandan 120-dən çox alim qatılıb. Əl-Fərabi Qlobal Forumun sonunda Aydan Zeynalova COMSTECH-nin ümumi koordinatoru, professor İqbal Çaudari və Qazaxıstan Respublikasının səfiri Akan Rəhmatullin tərəfindən sertifikata layiq görülüb.
Tehsil-press.az