Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun doktorantı Aydan Zeynalova Gürcüstan Aqrar Universitetinin “Test Lab” təcrübə laboratoriyasında elmi-tədqiqat işləri yerinə yetirib.
A.Zeynalova elmi-tədqiqat obyekti olan nar bitkisinin (Punica granatum L. növü) yarpaq və çiçəklərinin biokimyəvi tərkibini müəyyənləşdirmək məqsədilə müasir beynəlxalq metodlara əsaslanaraq kompleks şəkildə xromatoqrafik və kimyəvi analizlər aparıb. Aparılan analizlər nəticəsində narın çiçəyində 6 antosian, yarpağında isə 11 fenol birləşməsi aşkarlanıb. Bununla yanaşı, azərbaycanlı doktorant “Test Lab” təcrübə laboratoriyasının mütəxəssislərindən yüksək effektli maye xromatoqrafın iş prinsipini və kimyəvi analizlərin aparılması qaydalarını öyrənib.
Tehsil-press.az