Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov tələbələrə və onların valideynlərinə müraciət ünvanlayıb.
İnstitut rəhbəri valideyn, KİV, qeyri-hökumət təşkilatları və digər ictimaiyyət nümayəndələrini təşkil olunacaq “Açıq qapı” günlərində iştirak etməyə, imtahan sessiyasını yaxından izləməyə dəvət edib. Bildirib ki, hər bir rəy və təklif bizim üçün çox dəyərlidir.
Müraciətdə deyilir ki, Aİİ-də imtahanlar ictimaiyyətə açıq keçirilir. İmtahan sessiyası dövründə valideynlərin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günləri təşkil olunacaq.
Müraciətdə, həmçinin bildirilir ki, 2018-2019-cu tədris ili yaz semestri imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi məqsədilə təhsil müəssisəsində İmtahan Qərargahının yaradılması, bu qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ araşdırılması üçün lazımi tədbirlər görülüb. Eyni zamanda, imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyət nümayəndələri və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.
Müraciətdə sessiya başlamazdan əvvəl imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanı, kafedra müdirləri qarşısında konkret vəzifələrin müəyyənləşdirildiyi qeyd olunub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb. İnstitutun binasında müraciət və təkliflər qutuları asılıb. Bununla yanaşı, İnstitut rəhbərliyi də imtahan prosesini müşahidə edəcək və tapşırıqlarını verəcək.
Müraciətdə daha sonra deyilir ki, şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə rektora və prorektorlara, İctimai Nəzarət Şurasına, İmtahan Qərargahına, Apelyasiya komissiyasına, Aİİ-nin rəsmi “Facebook” səhifəsinə birbaşa müraciət etmək imkanları təmin edilib.
İmtahanların ictimaiyyətə açıq təşkil olunduğunu vurğulayan C. Məmmədov sessiyaya nəzarətin aparıcı təhsil ekspertlərindən, qeyri-hökumət təşkilatlarından, media nümayəndələri və bir tələbədən ibarət İctimai Nəzarət Şurası tərəfindən həyata keçirildiyini də nəzərə çatdırıb.

Aİİ-nin Mətbuat Xidməti