Konyalı professor: İrfan elminin Azərbaycanda dərin kökləri olub

Konyalı professor: İrfan elminin Azərbaycanda dərin kökləri olub Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun elmi şurasının iclası keçirilib.
İclasda Türkiyənin Konya vilayətinin Necmettin Erbakan Üniversitetinin Sosial və bəşəri bilimlər fakültəsinin professoru Ahmet Taşğının “Türküstandan Balkanlara Xorasan döyüş meydanı olaraq Azərbaycan: Xorasan irfanı və təmsilçilərinin seyrü səfəri” mövzusunda məruzəsi dinlənilib.
A.Taşğın məruzəsində türk xalqlarında irfan məsələsinə toxunub, irfan elminin özəlliklə Azərbaycanda dərin kökləri olduğunu bildirərək, ölkəmizi qədim mənəvi dəyərlər yurdu kimi qiymətləndirib. Alimin çıxışı dinləyicilər tərəfindən maraqla qarşılanıb. Sonra professor sualları cavablandırıb.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov gələcəkdə belə tədbirlərin qarşılıqlı şəkildə davam etdirilməsinin gərəkliliyini bildirib. Həmçinin qonağa xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, professor Ahmet Taşğın 1965-ci ildə Konyada doğulub. Konya Selcuk Universitetinin İlahiyyat fakültəsini bitirib. Ələvilik, yezidilik, süryanilik mövzularında bir çox araşdırmaların müəllifidir. O, bu mövzularda Suriya, İraq və İranda tədqiqatlar aparıb. Hazırda alim Konya Universitetində çalışır.

Tehsil-press.az

Oxşar xəbərlər