Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun tələbə təşkilatlarının sədrləri ilə görüşü keçirilib.
Görüşdə UNEC-də tədrisin təşkilində tətbiq olunan yeniliklər barədə məlumat verilib. Bildirilib ki, tədris modul sistemi əsasında təşkil olunur. Tələbələrin xarici dil biliklərinin daha yaxşı mənimsəmələri üçün xarici dilin tədrisi 2 ilədək artırılıb, virtual laboratoriyalar yaradılıb, tələbələrin müraciətlərinin operativ cavablandırılması məqsədilə virtual dekanlıq fəaliyyət göstərir, sosial şəbəkələrdə dekanların və müvafiq struktur rəhbərlərinin iştirakı ilə mütəmadi olaraq canlı yayımlar təşkil edilir. Bu həftədən isə birinci kursların tələbə təşkilatları barədə daha yaxından məlumatlandırılması məqsədilə sosial şəbəkələrdə canlı yayımlara start verilib.
Sonra təşkilat rəhbərləri həyata keçirdikləri tədbirlər barədə məlumat veriblər, eləcə də tələbələr tərəfindən daxil olan müraciətləri səsləndiriblər. Hər bir təşkilat sədri fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflərlə çıxış ediblər.
Bildirilib ki, ikinci moduldan etibarən bütün fakültələr üzrə yaradılan monitorinq qruplarının tərkibində tələbə təşkilatlarının rəhbərləri də təmsil olunub və onlar bütün fakültələr üzrə tədris prosesini müşahidə ediblər. Həmin tələbələrin imtahanlarda proktor qismində iştirak etmələri də nəzərdə tutulur.
Tehsil-press.az