BDU-da tələbələr imtahanları müvəffəqiyyətlə veriblər

BDU-da tələbələr imtahanları müvəffəqiyyətlə veriblər Bakı Dövlət Universitetində (BDU) payız semestrinin onlayn imtahan sessiyası keçirilir.
Yanvarın 11-də bakalavriat pilləsində 331 qrup üzrə təhsil alan 6692 tələbə (130 nəfəri “SABAH” qrupları olmaqla) imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 15 ixtisaslaşmada 148 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə 345 tələbə imtahanlarda biliyini sınayıb.
İmtahanların gedişini prorektorlar, dekanlar, kafedra müdirləri və tələbə nəzarət qrupunun üzvləri izləyiblər. Tələbələr imtahanları müvəffəqiyyətlə veriblər. İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər