Avropa İttifaqının “Azərbaycanda ekoloji fövqəladə vəziyyəti qarşılamaq üçün 3-cü dövr təkmilləşdirilmiş təhsil kursunu dəstəkləyən İnnovativ Tədris Mərkəzi (ITACA)” adlı layihəsi çərçivəsində tərəfdaşların növbəti görüşü keçirilib.
“Zoom” platforması üzərindən keçirilən görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyev və kafedranın əməkdaşı Seynurə İbrahimova iştirak ediblər.
Görüşdə layihə ilə bağlı maliyyə və büdcə məsələləri, tədqiqat mövzuları, iş planı, gözlənilən nəticələr, avadanlıq məsələləri və s. müzakirə olunub.
Xatırladaq ki, İtaliyanın La Sapienza Universitetinin koordinatorluğu, bir sıra yerli və xarici universitetlərin tərəfdaşlığı ilə gerçəkləşən ITACA layihəsi 2019-cu ildən start götürüb.
Tehsil-press.az