ADPU-da Umud Rəhimoğlu ilə görüş

ADPU-da Umud Rəhimoğlu ilə görüş 5 fevral 2020-ci ildə ADPU-da Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü , Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədri Umud Rəhimoğlu ilə görüş keçirilmişdir. Görüşdə ADPU - nun rektoru professor Cəfər Cəfərov, ADPK - nın direktoru dosent israyil isgəndərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Elmi işlər üzrə prorektor professor Asəf Zamanov, ümumi işlər üzrə prorektor Tural Cəlilov və ADPK - nın direktoru dosent İsrayil İsgəndərov iştirak etmişdir.
Görüş zamanı çıxış edən rektor Cəfər Cəfərov Umud Rəhimoğlunun fəaliyyəti haqqında geniş məlumat vermiş və onun ADPU - nun ictimaiyyətlə əlaqələrini təkmilləşdirilməsində verdiyi dəstəyi görüş iştirakçılarına çatdırmışdır. Rektor Umud Rəhimoğlunun vətəndaş cəmiyyətinin ən tanınmış nümayəndələrindən olduğunu və ölkəmizin mətbuat sahəsində xüsusi işlər apardığını qeyd etmişdir. Umud Rəhimoğlunu 60 illik yubileyi münasibətilə təbrik etmiş ona xoş arzularını çatdırmışdır.
Rektor Cəfər Cəfərov daha sonra son illərdə ADPU - da görülmüş işlər haqqında qısa məlumat vermiş və gələcəkdə daha geniş şaxəli işlərin aparılmasını planlaşdırılması haqqında görüş iştirakçılarına məlumat vermişdir. Rektor qeyd etmişdir ADPU böyük ənənəyə sahib və mənəvi dəyərlər üzərində qurulmuş bir ali təhsil ocağıdır.
30 illik həsrətimiz Qarabağın isladan azad olunmasının ölkəmizin tarixinin ən gözəl səhifəsi olduğunu bildirən rektor gələcək arzumuzun ADPU - nun köçkün düşmüş Ağcabədi filialının da öz yurduna Şuşa səhərinə qayıtması olduğunu bildirmişdir. Görüş zamanı Umud Rəhimoğlunun da Füzuli rayonunda doğulduğunu və illərdi öz ata baba yurdundan uzaq qaldığını bildirən rektor Umud Rəhimoğlunu Füzuli rayonun azad olunması münasibətilə də xüsusi təbrik etmişdir.
Görüş iştirakçıları da Cəfər Cəfərovun təbriklərinə qoşulmuş və Umud Rəhimoğluna gələcək fəaliyyətində uğurlar etmişdir.
Umud Rəhimoğlu ADPU - nun rəhbərliyi tərəfindən 60 illik yubileyi münasibətilə və ADPU- nun ictimaiyyətlə əlaqələrinə verdiyi xüsusi dəstəyə görə “Fəxri Fərman” ilə təltif olunmuşdur.
Görüşün sonunda Umud Rəhimoğlu ADPU rəhbərliyinə diqqət və qayğıya görə minnətdarlığını bildirmiş. Universitetin gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Tehsil-press.az



Oxşar xəbərlər