Qazaxıstanın ölkəmizdəki səfirliyinin I katibi Akbota Mussabayeva AMEA-nın Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.
MEK-in direktoru, professor Məmməd Əliyevlə görüşdə qonağa kitabxananın fəaliyyəti və tarixi ilə bağlı məlumat verilib. M.Əliyev rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətindən və bir çox xarici ölkələrlə həyata keçirilən kitab mübadiləsindən danışıb.
Qonaq A.Mussabayeva isə öz növbəsində göstərdiyi diqqətə görə professor Məmməd Əliyevə minnətdarlığını bildirib və MEK-ə kitablar təqdim edib. Əsasən rus və ingilis dillərində olan həmin kitablarda Qazaxıstan dövləti, coğrafiyası, müasir şəhər arxitekturası, tarixi və digər mənbələr yer alıb.
Həmçinin görüşdə Qazaxıstanda fəaliyyət göstərən akademik kitabxanalarla birgə əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb və yaxın zamanlarda bu əməkdaşlığın reallaşdırılması ilə bağlı qərar qəbul edilib.
Tehsil-press.az