Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) təşəbbüsü ilə onlayn formatda beynəlxalq müşavirə keçirilib. Tədbirin əsas məqsədi 2005-ci ildən UNESCO və üzv ölkələr tərəfindən həyata keçirilən İpək Yolu Transmilli Seriya Nominasiyası layihəsinin perspektivlərini beynəlxalq ekspertlər tərəfindən müzakirə etmək olub. Görüş iştirakçıları son illərdə layihəyə yeni ölkələrin qoşulduğunu və onun coğrafi sərhədlərinin genişləndiyini nəzərə alaraq, ICOMOS tərəfindən 2014-cü ildə tərtib olunmuş “Tematik tədqiqat”ın bir daha nəzərdən keçirilməsi və ona yeni fəsillərin əlavə edilməsi məsələsini müzakirə ediblər. Tədbirdə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev də iştirak edib.
Uzun illər İpək Yolunun tədqiqi sahəsində fəaliyyət göstərən və UNESCO-nun İpək Yolu ilə bağlı layihələrində iştirak edən akademik ICOMOS tərəfindən bu müşavirəyə beynəlxalq ekspert kimi qatılmaq üçün dəvət alıb.
Görüşdə azərbaycanlı alim ölkəmizin İpək Yolu Transmilli Seriya Nominasiyası layihəsinə 2018-ci ildə rəsmi şəkildə qoşulduğunu qeyd edib. O, antik dövr və orta əsrlərdə Azərbaycan tarixinin İpək Yolu ilə sıx şəkildə bağlı olduğunu, Azərbaycan ərazisindən bir sıra mühüm beynəlxalq ticarət marşrutlarının keçdiyini və onların üzərində bu gün də dünya əhəmiyyətli tarixi abidələrin mövcud olduğunu diqqətə çatdırıb, ölkəmizin UNESCO-nun bu önəmli layihəsində perspektivlərini yüksək qiymətləndirib.
Tehsil-press.az