Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin Elmlər Akademiyasının məşhur tarixçisi professor Chen Wei ilə görüş keçirilib. Çinli alim ADU tələbələri üçün qədim İpək Yolu üzərində elmi və texniki bilik tarixinə aid mühazirə oxuyub. Professor Böyük İpək Yolunun əsrlər boyunca müxtəlif xalqları bir araya gətirərək, fikir və bilik mübadiləsi, dil və mədəniyyətlərin qarışılıqlı zənginləşdirilməsini təmin etdiyini vurğulayıb. Bir çox tədqiqatçılar İpək Yolu üzərində qədim abidələrin öyrənilməsi sayəsində bir çox arxeoloji və elmi kəşflər edib. Müxtəlif millətlərin və dövlətlərin Böyük İpək Yolu üzərində elmi və texnoloji əlaqələrinin tarixi və bu proseslərdə müsəlmanların rolu böyük maraq doğurub.
Seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov qeyd edib ki, bizim eraya qədər III minillikdə Çin və Asiya ölkələri arasında təmaslar təkcə malların deyil, həm də texnologiyaların və elmi ideyaların mübadiləsinə gətirib çıxarıb. Metallurgiya texnikasının inkişafı, yeni məhsulların tətbiqi və dini inancların yayılması baş verib.
Rafiq Abbasov həmçinin qeyd edib ki, elmi və texniki əməkdaşlığın möhkəmləndirilməsi, birgə laboratoriyaların, texnologiyaların mübadiləsi üçün beynəlxalq mərkəzlərin yaradılması, elmi və texniki innovasiya imkanlarının artırılması Çin Dövlət Şurasının “İpək Yolu İqtisadi Kəməri”nin və “XXI Əsrin Dəniz İpək Yolu” proqramının vacib hissəsidir.

ADU-nun Mətbuat Xidməti