Rusiyada 600-dən çox aksiyaçı saxlanılıb

Rusiyada 600-dən çox aksiyaçı saxlanılıb Rusiyanın paytaxtı Moskvada və digər şəhərlərdə müxalifətçi Aleksey Navalnının həbsinə etiraz olaraq keçirilən aksiyalarda saxlanılanların sayı açıqlanıb.
Rusiyanın İctimai Nəzarət Komissiyasının icraçı katibi İvan Melnikovun məlumatına görə, 600-dən çox mitinq iştirakçısı saxlanılıb. Qeyri-rəsmi mənbələr isə bu rəqəmin 2501 nəfər olduğunu bildirir. Ən çox saxlanılanlar Moskva və Sankt-Peterburq şəhərindəndir.
Aksiyalarda 50-dək jurnalistin xəsarət aldığı qeyd edilir.

Tehsil-press.az


Oxşar xəbərlər