Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkil etdiyi beynəlxalq “Qış məktəbi” layihəsi bu gün başa çatıb.
10 gün davam edən layihənin sonunda qalib olan iştirakçıların adları açıqlanıb. Moskva Dövlət Akademik İncəsənət Universitetinin tələbəsi Amina Kadırova 1-ci yerə, Voronej Dövlət Texniki Universitetinin tələbələri Arina Şevrina, Yelizaveta Zavozova və Polina Sevostyanova 2-ci yerə, Vyatka Dövlət Universitetinin tələbəsi Diana Sitçixina 3-cü yerə layiq görülüblər. Qaliblər diplom və sertifikatlarla mükafatlandırılıb. Digər iştirakçılara da sertifikatlar verilib.
Qeyd edək ki, AzMİU-da 2017-ci ildən etibarən hər il əcnəbi tələbələr üçün beynəlxalq “Qış məktəbi” layihəsi həyata keçirilir. Bu tədris ilində pandemiya ilə əlaqədar layihə onlayn platforma üzərindən reallaşdırılıb. İştirakçı sayı 100-dən çox olan “Qış məktəbi”nin üzvləri əsasən Rusiya universitetlərinin tələbələri olub. Layihə çərçivəsində əcnəbi tələbələr üçün AzMİU-nun professor-müəllim heyəti tərəfindən master-klaslar keçirilib, Heydər Əliyev Mərkəzi, “Yarat” Müasir İncəsənət Mərkəzi, Bakı Ağ Şəhər, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı və digər məkanlara virtual səfərlər təşkil olunub.
Tehsil-press.az