Bakı Slavyan Universiteti (BSU) tərəfindən ötən il dekabrın 24-də bu ali təhsil müəssisəsində onlayn formada keçirilmiş "Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq elmi-praktik konfransın materialları ayrıca toplu şəklində çap edilib.
BSU-nun rəhbərliyinin dəstəyi və Filologiya və xarici dil müəllimliyi fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu beynəlxalq elmi-praktik onlayn konfrans respublikamızın elmi-mədəni həyatında mühüm əhəmiyyət kəsb edən bir hadisə kimi qiymətləndirilib. Konfransda bir çox xarici ölkələrin tanınmış universitetlərinin, elmi müəssisə və təşkilatlarının, həmçinin respublikamızın ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının alim-mütəxəssisləri, orta ixtisas təhsili müəssisələrinin və orta ümumtəhsil məktəblərinin nümayəndələri ,gənc tədqiqatçılar iştirak ediblər.
BSU-nun rektoru, professor Nurlana Əliyevanın sədri olduğu Redaksiya Heyəti tərəfindən hazırlanan və "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzində Azərbaycan, rus və ingilis dillərində yüksək poliqrafik səviyyədə çap edilmiş bu toplu diqqəti xüsusi cəlb edir. Toplu sertifikatla birlikdə konfrans iştirakçılarına təqdim edilib, xarici iştirakçılara isə onlayn formada göndərilib.
Tehsil-press.az