İnformasiya Texnologiyaları İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
Seminarda şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev “Təhsil 4.0: müasir çağırışlar, təhsildə gedən proseslər, problemlər, perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi qeyd edib ki, sənayeləşmə və rəqəmsallaşdırma sahəsində sürətli inkişaf kiberfiziki sistemlər, əşyaların interneti, 3D-çap, süni intellekt və maşın təlimi də daxil olmaqla, yeni nəsil istehsal texnologiyasının inkişafında böyük irəliləyişə səbəb olub. Əvvəlki sənaye inqilablarının istehsal prosesində xammalı əsas hesab etməsinə baxmayaraq, Sənaye 4.0 innovasiya üçün insan kapitalı və intellektual resurslara üstünlük verir.
Təhsil 4.0 konsepsiyasında fərdiləşdirmə, oyun tipli, mobil əlaqə, uyğunlaşma, öyrənmə analitikası metodu, ağıllı teletyutorlar və e-qiymətləndirmə kimi mühüm aspektlərə diqqət yetirməyin vacibliyini önə çəkən alim süni intellektin bu sahədə mühüm rol oynadığını bildirib, “ağıllı” tədrisin komponentlərindən söz açıb.
O, həmçinin Təhsil 4.0 konsepsiyasında tədrisin prinsipləri, elektron təhsilin yaradılması aspektləri, e-təhsil indikatorları, e-learning komponentlərinin idarə edilməsi, e-tədris üçün standartlar və spesifikasiyalar, bu standartlara qoyulan tələblər, öyrənmə texnologiyaları üçün dünya şəbəkəsi, e-təhsil və bulud texnologiyası, e-təhsildə Big Data məsələləri, e-təhsil üçün Big Datanın imkanları, biliklərin və davranışın qiymətləndirilməsi, çoxölçülü elektron dərsliyin yaradılması, e-tədrisdə yaranan risklər, müvafiq sahədə mövcud problemlərin müzakirəsi və həlli məqsədilə təşkil edilən beynəlxalq konfranslar, nəşr olunan beynəlxalq elmi jurnallar haqqında ətraflı məlumat verib, elektron tədris mühitinin konseptual modelini təqdim edib.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev bildirib ki, IV Sənaye İnqilabı dövründə yaradıcı, innovativ və qlobal miqyasda rəqabət apara biləcək nəsil formalaşdıra bilən təhsil tələb olunur. Təhsil 4.0 IV Sənaye İnqilabının tələblərinə cavab verə biləcək təhsil sistemidir.
“Müvafiq sahədə ən böyük problem onlayn təhsilin pedaqogikasının mövcud olmamasıdır. Ənənəvi təhsilin pedaqogikası, psixologiyası, yaş səviyyələri, təhsil pillələri və s. kimi problemlər araşdırılmalı, onlayn təhsilə tətbiq edilməlidir. Onlayn təhsili təmin edən internetin və kompüter texnologiyalarının imkanları genişlənir. Lakin təhsil verməyin üsulları, kontentin təqdim edilməsi, təqdim edənin biliyi qəbuletmə səviyyəsi ən önəmli məsələlərdəndir. Pedaqogikanın əsas funksiyası ötürülən biliyin hədəf üçün anlaşılan, qəbul edilən olmasını təmin etməkdir. Digər tərəfdən, verilən biliyin hədəfə çatdığından əmin olmaq üçün imtahan, test kimi qiymətləndirmə üsullarından istifadə etmək vacibdir”, – deyə alim vurğulayıb.
Akademik bildirib ki, hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ölkədə distant təhsilin və tədrisin elmi-nəzəri əsaslarının işlənilməsinin zəruriliyini gündəmə gətirib. Məlum oldu ki, ortaya çıxan problemlərin həlli üçün onlayn təhsilin elmi-nəzəri əsasları işlənilməli, müvafiq sahədə peşəkar müəllimlər hazırlanmalı, distant tədrisin bütün prinsiplərini əhatə edən kontent yaradılmalıdır. R.Əliquliyev distant tədrisin səmərəliliyinin artırılması ilə bağlı müvafiq təkliflərin işlənib hazırlanmasının, bu istiqamətdə fundamental tədqiqatlar aparılmasının önəmini vurğulayıb.
Alim qeyd edib ki, biliyin ötürülməsi, informasiyanın qorunub saxlanılması üçün yeni kommunikativ imkanlar yaranıb. İnformasiyanın audiovizuallaşdırılması, virtual reallığın unikal imkanları sayəsində biliyin insanlara çatdırılması üçün zaman, məkan və s. kimi məhdudiyyətlər aradan qaldırılıb. Artıq bilik alanın personlaşdırılması həyata keçirilir. Yəni süni intellekt texnologiyalarından istifadə etməklə, fərdi bilik səviyyəsinə uyğunlaşma, mövzuları müəyyənləşdirmək üçün çatbotların aktivləşdirilməsi, maşın təlimi, oyun əsaslı təlim, elektron qiymətləndirmə sayəsində məhz istifadəçiyə lazım olan fərdi bilik ötürülür.
Elektron təhsilin təhlükələri sırasında yer alan informasiya təhlükəsizliyi, psixoloji, didaktik, fiziki təhlükəsizlik məsələlərinin tədqiqinin önəmini vurğulayan alim, həmçinin bildirib ki, distant təhsil, distant tədris, onlayn tədris, qarışıq tədris, elektron tədris, açıq tədris, veb-tədris, veb-treyninq arasındakı fərqlərin, bu sahələrdə mövcud vəziyyətin və problemlərin öyrənilməsi, beynəlxalq təcrübənin və yeni yanaşmaların araşdırılması vacibdir.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az