Avropada daha bir peyvəndin istifadəsinə yaşıl işıq yandırıldı

Avropada daha bir peyvəndin istifadəsinə yaşıl işıq yandırıldı Avropa İttifaqının dərman tənzimləyicisi olan Avropa Dərman Agentliyi (EMA) ABŞ-ın “Johnson and Johnson” şirkətinin istehsalı etdiyi tək doz koronavirus vaksininin Aİ-də istifadəsini tövsiyə edib.
Qərarın ən qısa zamanda Aİ komissiyası tərəfindən qəbul edilməsi gözlənilir.
“Johnson and Johnson” vaksini Aİ-də təsdiqlənən dördüncü koronavirus peyvəndi olub.
“Əldə edilən məlumatlar kontekstində vaksinin təsirli və etibarlı olduğunu müəyyənləşdirdik və bu, Aİ ölkələri tərəfindən də istifadə oluna bilər”, - EMA-nın açıqlamasında deyilir.
ABŞ, Cənubi Afrika və Latın Amerikası ölkələrində 44 min insan üzərində sınanan “Johnson and Johnson”un tək dozluq vaksininin 67 faiz təsirli olduğu, xəstəlik və ölümə qarşı güclü müdafiəni təmin etdiyi açıqlanmışdı.
Peyvəndin ABŞ-da istifadəsi fevralın 28-də təsdiqlənmiş, vaksin martın 1-dən paylanmağa başlanmışdı.
Qeyd edək ki, “Johnson and Johnson” vaksini tək doz olaraq tətbiq olunur və soyuducuda üç aya qədər saxlamaq mümkündür.

Tehsil-press.az



Oxşar xəbərlər