Özbəkistanda 6,2 ton ağırlığında səməni halvası hazırlanıb

Özbəkistanda 6,2 ton ağırlığında səməni halvası hazırlanıb Özbəkistanın Namanqan şəhər parkında Novruz bayramı münasibətilə 6 ton 200 kiloqram ağırlığında səməni halvası hazırlanıb.
Səməni halvası 20 aşpaz tərəfindən bişirilib, parkda Novruz şənliyində iştirak edənlərə paylanıb, imkansız ailələrə, qocalar və uşaq evlərinə göndərilib.
Bayram şənliyində müxtəlif xalqların Novruz ənənələri haqqında məlumat verilib, deyilib ki, Novruzu özbəklərdən başqa azərbaycanlılar, qazaxlar, qırğızlar, taciklər, türkmənlər və digər xalqlar qeyd edir.
Parkda qurulmuş çadırda aztəminatlı ailələrin uşaqlarına “xatna toy”-“sünnət toy”u da keçirilib, onlara müxtəlif hədiyyələr verilib.
Novruz şənliyi müxtəlif xalqların mahnı və rəqslərindən ibarət konsert proqramı ilə müşayiət olunub.

Tehsil-press.az


Oxşar xəbərlər