Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Haqları Şurasında COVİD-19-la bağlı qətnamənin qəbul olunması ölkəmizin növbəti uğuru kimi səciyyələndirilməlidir.
Bunu Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, bu, eyni zamanda onun təsdiqidir ki, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan durmadan, yorulmadan çalışır, dünya dövlətlərini ciddi müzakirələrə cəlb edir və ən nəhayət bütün planeti cənginə almış koronavirus pandemiyasına qalib gəlmək, bəşəriyyəti qorumaq istiqamətində öz ciddi töhfələrini verir:
“Ölkə başçısı İlham Əliyev 1 fevral tarixində Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində qeyd etmişdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi COVİD-19 əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölünməsinə laqeyd qalmayacaq. Dünən BMT-nin İnsan Haqları Şurasında qəbul edilən qətnamə məhz həmin təşəbbüsün davamı, Azərbaycanın bu istiqamətdə növbəti uğuru, eyni zamanda dövlətimizin beynəlxalq səviyyədə mükəmməl təşkilatçılığının növbəti sübutu idi.
Bildiyiniz kimi, müzakirələr zamanı yalnız Ermənistan cığallıq edib, qətnamənin qəbul edilməsinə əngəl olmaq istəyib. Üstəlik, absurd iddialarla. Əsas tezisləri də bu olub ki, guya başqa dövlətlərin təklifləri nəzərə alınmır. Fəqət, sonucda Ermənistan yenə hər zamankı kimi rüsvay olub, kimsə Ermənistan nümayəndəsini dinləməyib, onları ciddiyə almayıb”.
Deputat bildirib ki, bir məqamı da qeyd etmək lazımdır ki, pandemiyanın aradan qaldırılması kontekstində həmrəylik və əməkdaşlığın əhəmiyyətinə xüsusi diqqət çəkən qətnamədə bu xüsusda Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2020-ci il, 3-4 dekabr tarixində keçirilmiş BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyəti də xüsusi vurğulanıb:
“Ümumilikdə isə qətnaməyə 133 ölkə həmmüəlliflik edib. Bu da olduqca böyük rəqəmdir və eyni zamanda beynəlxalq dairələrdə və təşkilatlarda Azərbaycan Prezidentinin təşəbbüslərinə göstərilən marağın və həmin təşəbbüslərə verilən yüksək dəyərin göstəricisidir”.
Tehsil-press.az