ABŞ-da 15 milyon doz koronavirus peyvəndi xarab oldu

ABŞ-da 15 milyon doz koronavirus peyvəndi xarab oldu ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) “Johnson & Johnson” şirkətinin zavodunun əməkdaşları bir neçə həftə əvvəl yeni növ koronavirusa qarşı peyvəndin inqrediyentlərini qarışdırarkən səhvə yol veriblər. Bu da preparatın 15 milyon dozunun xarab olmasına gətirib çıxarıb.
Insidentə səbəb insan faktoru olub. Baş verənlərlə əlaqədar olaraq, ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) zavodda yoxlamalar aparır.
Bununla yanaşı, qeyd olunur ki, şirkətin ABŞ-ın tibb müəssisələrinə artıq daxil olmuş peyvəndinin bütün partiyaları təhlükəsizdir. Onlar “Johnson & Johnson”un Niderlanddakı zavodunda istehsal edilib.

Tehsil-press.az


Oxşar xəbərlər