Qubada “Yeni Nəsil” gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı

Qubada “Yeni Nəsil” gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “New Generation” layihəsi üzrə Quba-Xaçmaz iqtisadi regionundan olan gənclər növbəti təlimlərini yekunlaşdırıb.
Quba şəhərində 2 gün ərzində ümumilikdə 115 iştirakçı təlimçi Sənan Həsənov tərəfindən keçirilən “İdeya Generasiyası”, “Sahibkarlıq bacarıqları”, “Rəqəmsal Marketinq” təlimlərində iştirak ediblər. Layihə çərçivəsində Abşeron, Şəki-Zaqatala və Gəncə-Qazax iqtisadi regionları üçün təlimlər və görüşlər fevral ayının sonuna qədər davam edəcəkdir.
Qeyd edək ki, “New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.
Təlimlər haqqında məlumat almaq və qoşulmaq üçün: nguniversity.youthinc.az
#bethenextone #newgeneration #newgenerationuniversity #yeninəsil #youthinc #cocacola #GənclərvəİdmanNazirliyi

Sahib A. Gülməmmədov
İctimaiyyətlə Əlaqələr üzrə Menecer



Oxşar xəbərlər