İnformasiya Texnologiyaları İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
Seminarda böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova və proqramçı Firudin Əsgərovun həmmüəllif olduqları “Azərbaycan elmi jurnallarının beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri” mövzusunda məruzə təqdim olunub.
R.Həsənova beynəlxalq akademik “Web of Science” bazasının jurnal qiymətləndirmə prosesi barədə məlumat verib və 24-ü keyfiyyət, 4-ü təsir meyarı olmaqla ümumilikdə 28 meyarı sadalayıb. O, İnformasiya Texnologiyaları İnstitutu tərəfindən nəşr olunan jurnalların bu tələblərə hansı səviyyədə cavab verdiyinin araşdırıldığını söyləyib, “Web of Science” bazasına daxil olmuş Azərbaycan jurnallarının siyahısını təqdim edib. Həmçinin “Scopus” beynəlxalq akademik bazasının jurnal üçün qoyduğu minimal tələbləri diqqətə çatdırıb.
Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib. Qeyd olunan tələblərin broşür şəklində hazırlanması və jurnalın redaktorlarına təqdim edilməsi qərara alınıb.
Tehsil-press.az