Onlayn konfrans: Azərbaycan Cənubi Qafqazda lider dövlətdir

Onlayn konfrans: Azərbaycan Cənubi Qafqazda lider dövlətdir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Qadınlar şurası və UNEC Zaqatala filialının birgə təşkilatçılığı ilə “Azərbaycan Cənubi Qafqazda lider dövlətdir” mövzusunda onlayn konfrans keçirilib.
Konfransı açan UNEC Qadınlar şurasının sədri, dosent Təranə Kərimova ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu milli inkişaf strategiyası nəticəsində ölkəmizin dünyanın lider dövlətləri ilə bir sırada dayandığını bildirib. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Təranə Kərimova bu illər ərzində Azərbaycanda bütün sahələrdə sürətli inkişaf proseslərinin baş verdiyini diqqətə çatdırıb.
Zaqatala filialının direktor müavini dosent Həqiqət Qədimova isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun uğurlu əməliyyatı nəticəsində ərazilərimizin işğaldan azad olunmasından və Qarabağın zəngin sərvətlərinin ölkəmizin yüksəlişinə xidmət edəcəyindən söz açıb.
Onlayn konfransda “Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın iqtisadi gücü”, “Xalqın Prezidentlə birliyi Vətən müharibəsindəki qələbənin rəhnidir”, “Qarabağ regionunda davamlı inkişafın milli modeli və strategiyası”, “Qarabağın regional turizm potensialı”, “Azərbaycanın keçmiş tarixi və bu günün zəfər tarixi”, “Qarabağın iqtisadi potensialı”, “Cənubi Qafqaz regionunda turizm destinasiyası kimi Azərbaycanın özünəməxsusluğu” mövzularında məruzələr dinlənilib.
Sonda təkliflər səsləndirilib və suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər