UNEC-də Ulu Öndər Heydər Əliyevə həsr olunan ilk TEDx konfransı keçirilib

UNEC-də Ulu Öndər Heydər Əliyevə həsr olunan ilk TEDx konfransı keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevə həsr edilən “Azərbaycan. Lider. Tərəqqi” mövzusunda TEDxUNEC konfransı keçirilib.
Azərbaycanda Ulu Öndərə həsr olunan ilk TEDx tədbirində dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, ziyalılar iştirak ediblər.
TEDx konfransında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor Vaqif Abbasov “Liderlik fəlsəfəsi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı “Azərbaycanın lideri”, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Liderin Azərbaycanı” mövzularında məruzə ilə çıxış ediblər.
Vaqif Abbasov 6 min illik sivilizasiya tarixində böyük liderlər siyahısında Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin müstəsna rolunun olduğunu bildirib. Liderliyin 21 inkarolunmaz qanundan söz açan məruzəçi, liderlik keyfiyyətlərinin Ulu öndər Heydər Əliyevdə bütünlüklə tamamlandığını vurğulayıb. Bu gün Azərbaycanın Cənubi Qafqazın ən güclü dövləti olduğunu, ölkəmizin bütün sahələrdə uğur qazandığını deyən natiq, bu uğurların mayasında məhz Heydər Əliyevin dahi liderliyinin dayandığını bildirib. Liderliyin Varislik qanununa toxunan professor bildirib ki, Prezident İlham Əliyev öz uğurlu siyasi fəaliyyəti ilə Ümummilli liderin ən layiqli varisi olduğunu sübut edib.
Mübariz Qurbanlı Ulu öndər Heydər Əliyevi fəlsəfi və tarixi baxımdan böyük xəzinə adlandırıb. Hər bir dahi şəxsiyyətin zamanın tələblərinə görə tarixi xidmətlər göstərdiyinə diqqət çəkən M.Qurbanlı Heydər Əliyevin adının tarixə qurucu lider kimi yazıldığını bildirib. Ulu öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəltdiyini, onun ömür yolunun isə Vətənə xidmətin parlaq nümunəsinə çevrildiyini deyib.
Zahid Oruc Ümummilli lider Heydər Əliyev barədə son fikri söyləməyin mümkünsüzlüyü bildirərək, bu dahi şəxsiyyətə olan münasibətin tarixdə artıq qəlibləşdiyini qeyd edib. Azərbaycan xalqının müstəqil dövlət qurmağı tam olaraq Heydər Əliyevin liderliyi ilə qəbul etdiyini deyən millət vəkili, məhz bu dahi siyasətçinin sayəsində ölkəmizin bütün sahələrdə lider dövlətə çevirdiyini bildirib. Ulu Öndərin liderlik keyfiyyətinin onun öz iradəsinin, hünərinin xalqla birgə verdiyi qərarlarda özünü göstərdiyini vurğulayan məruzəçi Heydər Əliyevin siyasi kursunun hər zaman yaşayacağına əminliyini ifadə edib.
Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvləri Ulu Öndərə həsr olunan şeirlər səsləndiriblər.

UNEC-in Mətbuat Xidməti


UNEC-də Ulu Öndər Heydər Əliyevə həsr olunan ilk TEDx konfransı keçirilibUNEC-də Ulu Öndər Heydər Əliyevə həsr olunan ilk TEDx konfransı keçirilibUNEC-də Ulu Öndər Heydər Əliyevə həsr olunan ilk TEDx konfransı keçirilibUNEC-də Ulu Öndər Heydər Əliyevə həsr olunan ilk TEDx konfransı keçirilib

Oxşar xəbərlər