Pedaqoji Universitet: “#VİKİADPU” layihəsi çərçivəsində 50-dək məqalə yaradılıb

Pedaqoji Universitet: “#VİKİADPU” layihəsi çərçivəsində 50-dək məqalə yaradılıb Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyi (ADPU TKİB) “Qorqud” Vikipediya Metodiki Klubu ilə birgə bu ali məktəbin tələbələri üçün onlayn praktik vikipediya təlim kursu – “#VİKİADPU” keçirib.
Təlimlərdə tələbələr tərəfindən “Vkipediya”nın Azərbaycan dili bölməsində daha 20 yeni məqalə yaradılıb, 8 məqalə əsaslı redaktə edilib. Bununla yanaşı,“Vikicommons”a müxtəlif kateqoriyalar üzrə 60-a yaxın orijinal foto əlavə edilib. Fotolar əsasən ADPU və Vətən müharibəsi şəhidləri ilə bağlı materiallardır.
Ümumilikdə təlim kursu çərçivəsində vikipediyaya əlavə olunan yeni məqalələrin sayı 48-ə, redaktənin sayı isə 14-ə çatıb. Beləliklə də təlim kursu yekunlaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər