Ümumilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri o qədər böyükdür ki, Heydər Əliyevin xatirəsi hər gün anılır. Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbirdə deyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycanın ayrı-ayrı sahələrdə inkişafında Heydər Əliyevin nişanələri görünür. O qeyd edib ki, Azərbaycanın hər bir güşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Heydər Əliyevn müəyyənləşdirdiyi siyasət özünü göstərir: “Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında fəxrlə inkişaf edir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, dəyərlər, strategiya Azərbaycan xalqına xidmət edir”.
Ə.Əhmədov bildirib ki, Azərbaycanın bütün vətəndaşları Heydər Əliyevə minnətdarlıq edir: “Gənclər onlara göstərilən diqqət və qayğıya görə, incəsənət xadimləri incəsənətə göstərdiyi diqqətə görə, digər nəsillər də başqa fəaliyyətlərə görə Heydər Əliyevin xatirəsinə dərin hörmətlərini ifadə edirlər”.
Tehsil-press.az