BDU-da vebinar: Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli

BDU-da vebinar: Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda vebinar keçirilib.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini Kənan Vəkilov ulu öndər Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyətindən danışıb, onun ölkənin xarici siyasətinin bütün əsas istiqamətlərini müəyyənləşdirdiyini vurğulayıb. Məruzəçi xarici siyasətin Azərbaycan modelinin bütün dünya üçün nümunəyə çevrilməsində Ulu Öndərin gərgin əməyini diqqətə çatdırıb.
Sonra Beynəlxalq münasibətlər kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov və fakültənin III kurs tələbəsi Günel Şahbazova çıxışlarında məhz Ümummilli Liderin müəyyənləşdirdiyi uğurlu xarici siyasət kursunun davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyasının tarixi qələbəmizə yol açdığından danışıblar.
Vebinarın sonunda tələbə və müəllimlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər