Son həftələrdə Qərb mediasında xüsusi xidmət orqanlarının hesabatlarına əsaslanaraq COVİD-19 virusunun insan əməli, süni yaradılan xəstəlik olduğu haqqında çox sayda materiallar dərc edilir. ABŞ Prezidenti Bayden yeni qərarla bu məsələnin daha ciddi araşdırılması tapşırığı verib. Britaniya hökuməti də eyni qərara gəlib və öz xüsusi xidmət orqanlarına bu məsələnin kökünün tapılması üçün yeni səlahiyyət verib.
Artıq məlumdur ki, 2019-cu ilin noyabr ayında Uhan şəhərində yerləşən gizli labaratoriyada çalışan 3 nəfər ya təsadüf, ya da eksperiment nəticəsində virusa yoluxub və COVİD-in yayılması həmin 3 nəfərlə başlayıb. Bu ilkin versiyanı – virusun Uhanda heyvan bazarında yarasadan yayılması ehtimalını heçə endirir.
Bu isə ilkin versiyanı – virusun Uhanda heyvan bazarında yarasadan yayılması ehtimalını heçə endirir.
Həmin gizli labaratoriya haqqında uzun illərdir müxtəlif materiallar dünya mediasında çap olunurdu, müxtəlif şübhələr səsləndirilirdi. Çox güman, yaxın aylarda Çinin bu işdə əli, rolu və faktların gizlədilməsi istiqamətində çoxsaylı materiallar gün üzünə çıxacaq və Çinə qarşı böyük kompaniyaya start veriləcək.
Haşiyə: Atom silahı yaranandan sonra böyük dövlətlər arasında klassik müharibə ehtimalı sıfırlandı – təqribən, 1950-ci ildən sonra klassik müharibələr azalmağa, 20-ci əsrin sonundan etibiran isə tamam sıradan çıxamağa başladı. Əsas hibrid, “proxy” müharibə ssenariləri təkmilləşməyə başladı. Bu müharibə növünə aiddir: iqtisadi sanksiyalar, kiber hücumlar, 3-cü ölkələrin ərazisində yarı-leqal və tam qeyri-leqal silahlı birləşmələr vasitəsi ilə bir-birinə saldırmaq, informasiya müharibəsi, feyk (fake) xəbərlər strategiyası və taktikası, iqtisadi və texnoloji diversiya və kəşfiyyat və s. Qərb dövlətləri anlayır ki, nə Rusiya, nə də Çinlə klassik müharibə etmək mümkündür, bu, dünyanın, sivilizasiyanın məhvi demək olacaq, ona görə də təqribən, 2007-ci il Münhen Konfransından sonra hibrid, “proxy” müharibələr artmağa başladı. Bu strategiya uzunmüddətlidir, onillərə hesablanıb, ona görə də ilk baxışdan effektsiz görünür, çünki tam tərsi, həm Rusiya, həm də Çin güclənir, hətta bir-birinə daha da yaxınlaşırlar. Qərb stareji seçim etməlidir – hər iki ölkə, Rusiya və Çin ilə eyni anda, eyni üsullarla, eyni yanaşma ilə mübarizə aparmaq effektsizdir deyə, seçim edilməlidir. Rusiya üçün strateji təhlükə Qərbdən gəlmir, ən böyük təhlükə Çindir – yaxın 30 ildə Rusiyanın Uzaq Şərqində, Amur çayı boyu, Baykal gölü ətrafında 30 mln.-a yaxın çinli yaşayacaq. Artan Çin tələbatı üçün Rusiya xammal bazasıdır, yəni Rusiya uzun müddət Qərbin xammal bazası idisə, indi Çin üçün eyni rolu oynamağa məhkumdur. Bu isə məhz Çini gücləndirir, Qərb üçün əsas təhlükəyə məhz Çin çevrilir. Əgər Qərb Rusiya ilə birgə davranmasa, Çin əvvəl Rusiyanı, sonra da bütün dünyanı “uda” bilər. Mənə elə gəlir ki, 16 iyun İsveçrədə baş tutacaq Bayden-Putin görüşünün əsas mövzusu məhz Çin məsələsi olacaq.
Qayıdaq mövzumuza: Əgər yaxın aylarda Qərb ölkələri Çinin virusla bağlı rolunu təsbit edən dəlillər və faktlar ortaya qoysa, beynəlxalq məhkəmələrdə araşdırmalar başlanacaq, ilk olaraq isə ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) qurban gedəcək, o qurumun rəhbərliyi hətta həbs oluna bilər. Sonra Çin virus üçün kompensasiya ödəməyə məhkum ediləcək, bütün dünya ölkələri Çinə qarşı maddi təzminat davaları açacaq. Bundan sonra ağır danışıqlar mərhələsi olacaq, Çin müəyyən güzəştlərə getməyə məhkum ediləcək. Bu gün Çinin 4 trl. dollara yaxın valyuta ehtiyatı var, bu vəsaitin “əriməsi” lazımdır ki, Çin Asiyada, Afrikada, Latın Amerikasında “yumşaq güc” şəklində iqtisadi dominanta çevrilməsin. Ona görə də Çindən o pulu müxtəlif yollarla almağa çalışacaqlar, ölkələr kompensasiya üçün növbəyə düzüləcək, kiçik ölkələrə onmilyonlarla, bir az böyüklərə yüzmilyonlarla, daha böyüklərə isə milyardlarla kompensasiya vəd ediləcək.
Bu gün dünyada baş verən COVİD biabırçılığın və məntiqsizliyinin mütləq bir günah keçisi tapılmalı, son 1,5 ildə baş verən bütün ağılsızlıqlar ona yüklənməli, dünya bu böhrandan çıxmalıdır. Bunun üçün isə siyasi elitaların da etirafları lazım olacaq, növbəti mərhələ elitaların dəyişiklikləri ilə yadda qalacaq – yaxın aylarda Fransada, Almaniyada elita dəyişikliyi olacaq, sonra ABŞ-da da Haris dönəmi başlayacaq.
Bu məsələdə bizim üçün təhlükəli bir məqam var: Əgər Kollektiv Qərb Rusiya ilə Çin məsələsində anlaşsa, hələ uzun müddət Rusiyanın öz ətrafında etdiyi və ən vacibi (təhlükəlisi) edəcəyi aqressiv addımlara göz yumacaq...
Tehsil-press.az