Qərb kəşfiyyatının keçmişdəki yanlışlıqları içərisində onların soyuq müharibə zamanı Sovet İttifaqı və Çin arasında ciddi fikir ayrılığı və bölünmənin yaranmasını görməmələri faktı mühüm yer tutur.
1950-ci illərin axırında Sovet İttifaqı ilə Çinin münasibətlərinin korlanacağı barəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bütün xəbərdarlıqlarına baxmayaraq, Amerika administrasiyası və digər Qərb ölkələrinin hakimiyyətləri kommunist blokunun bu iki böyük üzvünün bir-birlərinə qarşı həqiqətən də nifrət bəslədiklərinə qətiyyən inanmadılar. Nəhayət, 1969-cu ildə Uzan Şərqdə Sovet-İttifaqı və Çin sərhəddində müharibə başlayanda, skeptiklər bu iki kommunist ölkəsinin bir-birinə qarşı necə kəskin münasibətdə olduqlarını etiraf etdilər.
Bu gün Qərb tamamilə bunun əksi olan səhvə yol verə bilər, çünki o, Moskva və Pekin arasında formalaşan anti-Amerika və anti-Qərb alyansını ciddi qəbul etmir. İyun ayında Sinqapurda keçirilən konfransda çıxış edərkən ABŞ müdafiə naziri öz nitqində “Rusiya və Çinin maraqları təbii şəkildə üst-üstə düşmür” ifadəsini işlədərək, əminliklə bildirib ki, Amerikanı bu ölkələrlə daha çox şey bağlayır, nəinki onları bir-biriylə.
Rusiya və Çinin heç zaman dostlaşa bilməyəcəyi haqqında yaranmış təsəvvür çox səhv və həm də ki, kommunizmin sarsılmaz və monolit olması barəsində soyuq müharibə dövründə yaranmış ehkam kimi təhlükəlidir.
Bu arada isə Qərbdə bir çoxları iki ölkə arasındakı istiləşməni hesaba almaq istəmirlər. Vladimir Putin ilə Si Çzinpin bir-birlərini tərifləyərək, öz aralarında yaranmış dostluğu açıq nümayiş etdirməyə üstünlük verirlər. Putinin sözlərinə görə, Si Çzinpin yeganə xarici liderdir ki, o öz ad gününü onunla birlikdə keçirib. Si Çzinpin isə Rusiya prezidentini özünün “ən yaxın dostu” adlandırıb və həmçinin onu “Çin ordeni” ilə təltif edib.
Onların bu hərəkətlərinə əhəmiyyət verməmək olar, lakin diktatorların istifadə etdikləri bu cür jestlər onların sistemləri üçün çox vacibdir. 2013-cü ildə Si Çzinpin Çin Xalq Respublikasının rəhbəri oldu və ilk xarici səfərini Moskvaya etdi. O vaxtdan indiyədək iki lider 26 dəfə görüşüb.
Bəllidir ki, keçmişlə müqayisədə bu gün iki ölkə tamamilə rollarını dəyişiblər. Əgər Sovet İttifaqı Çin üçün “böyük qardaş” idisə, bugünki Rusiya onun üçün “kiçik bacı”ya dönüb. Bu isə Rusiyanın qüruruna toxunur. Amma Çin hər vasutə ilə çalışır ki, Moskvanın qüruruna toxunmasın. Si Çzinpin iki bərabər ölkə barəsində danışır və Putinin eqosunu sakitləşdirərək, sərfəli müqavilələr təklif edir.
İki ölkənin gücü qətiyyən bərabər deyil. Belə ki, Rusiya iqtisadiyyatı Çin iqtisadiyyatından təxminən 10 dəfə kiçikdir, amma iqtisadi münasibətlər hər iki ölkə üçün çox mühümdür. Çin dünyanın ən böyük neft ixracatçısıdır və keçən il Rusiya onun ən böyük neft tədarükçüsü olub. Bundan əlavə Pekin gələcək illərdəki neft və qaz tədarükünü vaxtında yerinə yetirmək üçün Moskvaya on milyardlarla dollar kredit verib.
Çin üçün Rusiya neftinin Mallaya boğazından və Ədən körfəzi kimi strateji ”butulka boğazından” keçməməsi çox mühümdür. Çünki Amerikan həbçiləri bu ərazilərdən keçən neft tankerlərini çox asanlıqla yaxalaya bilərlər.
Amma iqtisadi münasibətlərdən də daha mühümü iki qonşu arasında qarşılıqlı hərbi əlaqələrin qurulmasıdır. Aprel ayında özünün ilk xarici səfərini Moskvaya edən Çinin yeni müdafiə naziri ikimənalı bəyanatla çıxış edərək demişdi: “Çin nümayəndə heyəti buraya gəlməklə, Çin və Rusiya silahlı gücləri arasındakı sıx bağları nümayiş etdirmək istəyir. Biz sizi dəstəkləməyə gəlmişik”.
Hər halda bu sadəcə olaraq dostluq ritorikası deyil. Belə ki, yaxın vaxtlara kimi Çinin Hərbi Dəniz Gücləri öz sahillərindən uzağa getmirdilər və bu vəziyyət yüz illər ərzində belə olub. Lakin bu gün onlar daimi olaraq Rusiya Hərbi Dəniz Donanmasıyla Yapon və Aralıq dənizlərində müştərək təlimlər keçirirlər.
Uzun illər ərzində Rusiya Çinə ən müasir silah sistemləri satmaqdan imtina edirdi, ancaq indi onlar öz fikirlərini dəyişiblər. Bu ilin may ayında Pekin demokratik və müstəqil Tayvanın səması üzərində güc nümayiş etdirərək, oraya Rusiya istehsalı olan yeni qırıcı təyyarələr yollamışdı.
Ən vacibi isə, iki ölkəni ideologiyanın birləşdirməsidir. Si Çzinpin və Putin diktatura xüsusiyyətli hökmdarlardır. Onların hər ikisi xalq idarəetməsinə ikrahla baxırlar və həmçinin ABŞ-ın dəstəyi ilə “rəngli inqilablar”ın gedişində nə vaxtsa hakimiyyətdən devriləcəklərindən bərk qorxurlar. Onların yaxınlaşması ABŞ və onun hökmranlıq etdiyi dünya nizamına olan nifrətdən və həmçinin də onların digər ümumi maraqlarından irəli gləir.
ABŞ 1960-cı illərin əvvəlində SSRİ ilə Çin arasında parçalanmanın tamamilə real olduğunu anlamırdı. Kommunizmlə gündəik mübarizə aparmaq və onun yayılmasına qarşı çıxmaq ideyası Vaşinqtonda ideoloji ehkama çevrilmişdi. Əgər Amerika Çin ilə Niksonun dönəmində yox, ondan on il öncə barışıb yaxınlaşsaydı, onda Vyetnam müharibəsi və Çindəki “mədəni inqilab” dəhşətlərindən qurtulmaq olardı.
Özünün yorulmaz səylərinə və həm də ki, dünyada Amerikanın yerini tutmağa can atması ilə, Çin, ABŞ üçün Rusiya ilə müqayisədə daha ciddi təhlükə təşkil edir. 1972-ci ildə Çin ilə barışığın memarı olmuş Henri Kissincer Donald Trampa məsləhət görüb ki, ”Nikson strategiyasının əksini” həyata keçirsin, yəni Moskva ilə dostluq etsin və Pekini izolyasiyaya salsın.
Amerika prezidentinin Rusiya ilə mümkün işbirliyinin təhqiqatının davam etdiyini nəzərə alsaq, onda deyə bilərik ki, Trampın bu strategiyanı uğurla yerinə yetirə bilmək şansı demək olar ki, yoxdur. Amma hakimiyyət institutları və Trampı prezident postunda dəyişən şəxs cücərən Rusiya-Çin alyansının ABŞ maraqlarına və bugünkü dünya nizamına nə dərəcədə ciddi təhlükə törədəcəyini yaxşı anlamalıdır.
Tehsil-press.az