Bakı Dövlət Universitetinin əməkdaşları Heydər Əliyev adına neft emalı zavodunda

Bakı Dövlət Universitetinin əməkdaşları Heydər Əliyev adına neft emalı zavodunda Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyevanın rəhbərliyi ilə Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının əməkdaşları Heydər Əliyev adına neft emalı zavodunda tədqiqat aparır. Zavod ilə Bakı Dövlət Universiteti arasında bağlanılmış müqavilə üzrə BDU-nun əməkdaşları elmi tədqiqat-ekoloji xidmət işlərini davam etdirir.
Elmi-tədqiqat zamanı zavodun bioloji təmizləmə qurğularına daxil olan və təmizlənərək Xəzər dənizinə axıdılan istehsalat sularının tərkibində qalan neft tullantılarının əsasını təşkil edən fenol tipli birləşmələrin, xloridlərin, zərərli sulfid birləşmələrinin, quru qalıq, ümumi duzluluq, oksigenin kimyəvi sərfi (OKS) və oksigenin bioloji sərfi (OBS) muəyyənləşdirilir. İşin yerinə yetirilməsində əsas məqsəd zavodun istehsalat tullantı sularının ekoloji normalara uyğun olaraq təmizlənməsi və hər bir maddə üçün yol verilən qatılıq həddinə uyğun olmasının müəyyənləşdirilməsidir.
Bunun üçün nümunələr götürülərək analizlər aparılır. Zavodun laboratoriyalarında və BDU-da aparılan analizlər zavodun fəaliyyətinin ekoloji standartlara uyğun təşkil olunmasında və ekoloji xidmət sahəsində yeni təkliflərin hazırlanmasında böyük rol oynayır.

Tehsil-press.az


Oxşar xəbərlər