Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin X Məzun-Karyera Sərgisinin ilkin nəticələri açıqlanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin X Məzun-Karyera Sərgisinin ilkin nəticələri açıqlanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) X Məzun-Karyera Sərgisinin ilkin nəticələri ilə bağlı tədbir keçirilib.
Sərgidə 63 dövlət qurumu və özəl şirkət tərəfindən 231 vakant iş yeri və 300-dək təcrübə yeri təqdim olunub. Universitetin tələbə və məzunları tərəfindən müvafiq iş yerlərinə 547 CV göndərilib. Eyni zamanda, bir neçə tələbə sərgidə iştirak edən şirkət və dövlət qurumları tərəfindən təcrübəyə cəlb olunub. Həmçinin işlə təmin olunan bir neçə şəxsdən əlavə, digər müraciət edənlərin keçən bir ay müddətində ixtisas və peşə uyğunluğu, tələbə və məzunların daha çox hansı ixtisasa üstünlük verməsi ilə bağlı dəqiqləşmələr aparılıb.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı tərəfdaş qurumlarla əməkdaşlığın inkişafı istiqamətində işlərin davam etdirildiyini deyib.
Qeyd edək ki, ADNSU-nun tələbə və məzunları universitetin rəsmi saytında yer alan Məzun-Karyera Mərkəzinə daxil olub vakant yerlərlə tanış ola, müvafiq şirkət və daha sonra vəzifəni seçib CV-lərini göndərə bilərlər. Bu proses növbəti sərgiyə, yeni vakansiyalar elan olunana qədər davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər