Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yuxarı kurs tələbələri və məzunlar üçün VIII Məzun-Karyera Sərgisi keçirilib.
Qlobal koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə elan edilmiş karantin rejimi şəraitində onlayn formatda baş tutan sərgidə 37 dövlət qurumu və özəl şirkət tərəfindən 217 vakant iş yeri təqdim olunub. Azərbaycan Respublikasının Təhsil və Energetika nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən onlayn təqdimatda universitetin rektoru, professor Mustafa Babanlı çıxış edib. ADNSU-da müasir sənaye və iqtisadiyyatın tələblərinə uyğun kadrlar yetişdirildiyini söyləyən rektor M.Babanlı universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyera sərgilərinin gənc mütəxəssislərin birbaşa şirkət nümayəndələri ilə təmas qurmasında və işlə təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
Təhsil nazirinin müavini İdris İsayev bu sərginin əvvəlkilər kimi tələbə və məzunlar üçün faydalı olacağına əminliyini ifadə edərək ali məktəblərin birinci dərəcəli vəzifəsinin əmək bazarının tez-tez dəyişən tələblərinə cavab verən kadrlar hazırlaması olduğunu vurğulayıb. İşəgötürənlərin daha hazırlıqlı və bilikli mütəxəssislərə üstünlük verdiklərini, təhsilsiz əmək bazarında uğur qazanılmasının mümkünsüzlüyünü qeyd edən İdris İsayev ADNSU-nun tələbə və məzunlarına və sərgiyə qatılan qurumlara uğurlar arzulayıb.
Tədbirdə Energetika Nazirliyinin şöbə müdiri Əsəd İsmayılov, “Azərişıq” ASC-nin Tədris və İnnovasiya Mərkəzinin direktoru Araz Məmmədzadə, “AzerGold” QSC-nin İnsan resursları üzrə aparıcı mütəxəssisi Valid Əliyev ADNSU ilə uzunmüddətli uğurlu əməkdaşlıq, tələbələrin istehsalat prosesində iştirakı və təmsil etdikləri qurumların kadr potensialında Azİİ məzunlarının ümumi çəkisi barədə məlumat verib, bu kimi sərgilərin keçirilməsinin ali məktəblərlə yanaşı, müəssisələrin də maraqlarına uyğun olduğunu qeyd ediblər.
Tədbir çərçivəsində ADNSU-nun rektoru, professor M.Babanlı ilə SOCAR-STP birgə müəssisəsinin baş icraçı direktoru Fərid Ağayev iki qurum arasında əməkdaşlığa dair müqavilə imzalayıblar. Rektor M.Babanlı imzalanmış sənədin ADNSU tələbələrinin bu müəssisədə geniş tərkibdə təcrübə, o cümlədən ödənişli təcrübə keçmələrində, eləcə də gələcəkdə işlə təmin olunmalarında mühüm rol oynayacağını vurğulayıb.
Sonra tədbir çərçivəsində career.asoiu.edu.az saytının təqdimatı olub. Bildirilib ki, tələbə və məzunlar bu sayta daxil olub vakant yerlərlə tanış ola, müvafiq şirkət və daha sonra vəzifəni seçib CV-lərini göndərə bilərlər. Daimi olaraq tələbələri yeni iş yerləri və vakansiyalar barədə məlumatlandıracaq saytda bu sərginin nəticələri iyunun 25-də açıqlanacaq.
Tehsil-press.az