Haitinin öldürülən prezidentinin həyat yoldaşı xəstəxanadan paylaşım etdi

Haitinin öldürülən prezidentinin həyat yoldaşı xəstəxanadan paylaşım etdi Haitinin öldürülən prezidenti Jovenel Moizin həyat yoldaşı Martine Moiz yerləşdirildiyi xəstəxanadan görüntülərini paylaşıb.
“Twitter” hesabındakı paylaşımında öldürülən prezidentin həyat yoldaşı həkimlərə təşəkkür edib.
“Mənə bu dəhşətli dövrü geridə qoymaq üçün dəstək olan həkimlərə təşəkkür edirəm. Sizin zərifliyiniz, yaxşılığınız və qayğınız sayəsində ayağa qalxa bildim”, - deyə M.Moiz bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər