Haiti Prezidenti Jovenel Moizə hücum edən şəxslər onu qətlə yetirmək fikrində olmayıblar.
Haitili hakim Kleman Noelin sözlərinə görə, hücumda iştirak edən və polis tərəfindən saxlanılan Haiti əsilli iki Amerika vətəndaşı bunu dindirmə zamanı deyiblər.
“Saxlanılan bu iki şəxs tərcüməçi olduqlarını iddia edirlər. Onların sözlərinə görə, basqının məqsədi Jovenel Moizi öldürmək yox, istintaq hakiminin əmrini yerinə yetirmək üçün onu həbs etmək idi”, - deyə hakim deyib.
Lakin hakim söhbətin məhz hansı əmrdən getdiyini açıqlamayıb.
Dindirilən şəxslər bu işi internet vasitəsilə tapdıqlarını da deyiblər. Onların biri deyib ki, hücumu həyata keçirən muzdlular təqribən 3 aydır ki, Haitidə olublar.
Xatırladaq ki, iyulun 6-dan 7-nə keçən gecə Prezident Jovenel Moizin iqamətgahına hücum edilib. Basqın nəticəsində J. Moiz qətlə yetirilib, həyat yoldaşı Martin Moiz isə ağır yaralanıb. M. Moiz daha sonra xəstəxanada dünyasını dəyişib.
Prezidentin ölümündən sonra ölkədə 15 günlük matəm elan olunub.
Tehsil-press.az