Öldürülən Haiti prezidentinin xanımı sui-qəsddən sonra ilk müraciətini edib

Öldürülən Haiti prezidentinin xanımı sui-qəsddən sonra ilk müraciətini edib Haiti prezidenti Jovenel Moizin xanımı Martin Moiz xəstəxanaya yerləşdirildikdən sonra ilk açıqlamasını verib.
M.Moiz hadisə zamanı ərinin yanında olub və hücum zamanı yaralanıb.
Hazırda xanım Moiz Mayamidə müalicə alır.
O, "Twitter" hesabında yerləşdirdiyi paylaşımda ərinin düşmənlərini qınayaraq onları Jonevel Moizin "xəyallarını, görüşlərini, ideologiyasını öldürmək" istəməklərində günahlandırıb.
M.Moizin sözlərinə görə, onun həyat yoldaşı "yol layihələri, su və elektrik təchizatı, referendum və seçkilərin təşkili" səbəbindən öldürülüb.
Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülüb. Qətldə 26 kolumbiyalı və iki haitili məşəli amerikalının iştirak etdikləri bikdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər