Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2020-2021-ci tədris ili məzunlarının buraxılış mərasimi keçirilib.
Mövcud pandemiya səbəbindən məhdud sayda məzunun iştirakı ilə keçirilən və eyni zamanda, onlayn formatda təşkil olunan mərasimdə ATMU-nun rektoru İlham Mədətov məzunları təbrik edərək onlara uğurlar arzulayıb.
“Universitetimizin builki məzunları qalib ölkənin, Zəfər ilinin məzunlarıdırlar. Sevinc və qürur dolu möhtəşəm günü bizə yaşadan insanlara minnətdarıq”, - deyən İ.Mədətov Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsində tarixi xidmətlərindən söz açıb.
Rektor Vətən müharibəsində ATMU-nun tələbələrinin də iştirak etdiyini söyləyib, İkinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalan universitetin məzunu Məhəmmədəli Həsənzadənin əziz xatirəsinin hər zaman uca tutulacağını qeyd edib.
İ.Mədətov diqqətə çatdırıb ki, 15 il əvvəl ölkənin dövlət ali təhsil müəssisələri sırasına qoşulan ATMU-da rəqabətqabiliyyətli təhsil mühiti, çoxşaxəli beynəlxalq əlaqələrin qurulması, kadr hazırlığı keyfiyyətinin cəmiyyəti və dövləti qane etməsi qısa zaman ərzində ictimai etimad qazanmağa imkan verdi. 2006-cı il sentyabrın 15-də 200 tələbə, bir fakültə və üç ixtisasla tədris fəaliyyətinə başlayan universitetdə hazırda üç fakültə, doqquz kafedrada bakalavr səviyyəsində 1701, magistraturada 264, doktoranturada 56, ikinci ali təhsildə isə 31 nəfər təhsil alır.
ATMU mövcud ixtisaslar qalmaqla və yeni ixtisasların açılması şərtilə yaxın illərdə beynəlxalq tələblərə cavab verən, “tədris-təlim-təcrübə-tədqiqat” modelinə əsaslanan turizm və digər xidmət sahələrində aparıcı ali təhsil ocağına çevrilməyi planlaşdırır. Bu il 441 bakalavrdan 8-i, 141 magistrantdan 16-sı ATMU-nu fərqlənmə diplomu ilə bitirib. Beləliklə, indiyədək ATMU ailəsində bütövlükdə 3 min 931 gənc peşəkar səviyyəli mütəxəssis kimi həyata vəsiqə alıb. Sevindirici haldır ki, məzunlarımızın əksəriyyəti hazırda öz ixtisasları üzrə uğurla fəaliyyət göstərirlər. ATMU-nun builki məzunlarından 24-ü Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu da əldə edib. Beləliklə, İMC Kremsdən indiyədək 260 nəfər məzun olub və iki diplom alıb. Ölkəmizdə ilk dəfə ATMU tələbələri üçün nəzərdə tutulan 14-22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələrimiz Azərbaycanın nüfuzlu turizm müəssisələrində peşəkar vərdişlərə yiyələnirlər. Hazırda ATMU-nun 171 tələbəsi cari ilin istehsalat təcrübəsini davam etdirir. Universitetimiz yarandığı gündən indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilata üzv olaraq əlaqələr qurub. İndiyədək ATMU-nun onlarla müəllim və tələbəsi “Mövlanə” və “Erasmus+” mübadilə proqramlarından uğurla faydalanıblar. Bununla yanaşı, ikili işbirliyi anlaşmaları əsasında ATMU tələbələri Fransa, Türkiyə, Yunanıstan, Polşa, İsveç, Macarıstan kimi ölkələrin nüfüzlu ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil almaq şansına yiyələnə biləcəklər.
Dövlət Turizm Agentliyinin Təhsil və təlim sektorunun müdiri Arzu Tairquliyeva-Nağıyeva məzunları təbrik edib, onlara uğurlu karyera arzulayıb, respublikada turizm sektorunun dinamik inkişafına göstərilən qayğıdan lazımınca faydalanmağı tövsiyə edib.
Mərasimdə çıxış edən məzunlar təhsil müddətində yaradılan imkan və üstünlüklərə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbirdə bakalavr və magistratura səviyyələri üzrə tədris ilində universiteti birinciliklə bitirən məzunlara təltifnamə və hədiyyələr təqdim olunub.
Tehsil-press.az