Azərbaycan Texniki Universitetində yeni magistr proqramı üzrə 13 ixtisas fənninin tədris edilməsi nəzərdə tutulur

Azərbaycan Texniki Universitetində yeni magistr proqramı üzrə 13 ixtisas fənninin tədris edilməsi nəzərdə tutulur Azərbaycan Texniki Universitetində (AzTU) növbəti tədris ilində keçirilməsi nəzərdə tutulan daha 8 fənn üzrə tədris materialları hazırlanıb və müvafiq ixtisas kafedralarında müzakirə olunaraq qəbul edilib.
Layihəyə uyğun olaraq nəqliyyat sistemlərində risk və böhran mühəndisliyi, həmçinin risk vəziyyətlərində kompleks nəqliyyat prosesi və sistemlərinin simulyasiyası fənləri üzrə öyrənmə üsulu uğurla tətbiq edilib. Eyni zamanda, tələbələrə öyrəndikləri biliklərin tətbiqi imkanı yaradılıb, onlara müvafiq məsləhətlər verilib.
Qeyd edək ki, yeni magistr proqramı üzrə 13 ixtisas fənninin tədrisi nəzərdə tutulur. 2020-2021-ci tədris ilində magistr proqramı üzrə 5 ixtisas fənninin tədrisi uğurla başa çatdırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər