Pedaqoji Universitetdə müəllimlik ixtisasları üzrə yeni nəsil təhsil proqramları hazırlanıb

Pedaqoji Universitetdə müəllimlik ixtisasları üzrə yeni nəsil təhsil proqramları hazırlanıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mütəxəssisləri tərəfindən bütün müəllimlik ixtisasları üzrə yeni nəsil təhsil proqramları hazırlanıb və Təhsil Nazirliyi tərəfindən təsdiq edilib. Bu proqramlarda müəllim hazırlığı sahəsində bir sıra yeniliklərlə yanaşı, pedaqoji internaturanın təşkili də nəzərdə tutulur.
Universitetdə professor-müəllim heyətinin fəaliyyət göstəricilərinin qiymətləndirilməsi üçün işlək mexanizm (reytinq sistemi) tətbiq olunduqdan sonra ən yüksək nəticə əldə edən müəllimlərə əlavə ödənişlərin edilməsinə başlanılıb, keyfiyyət təminatı şöbəsi yaradılıb.

Tehsil-press.az



Oxşar xəbərlər