Gürcüstanda yaşayan azərbaycanlılar arasında ali məktəblərə qəbul olanların sayı bu il də artıb. 2020-2021-ci tədris ilində daha 956 azərbaycanlı gənc Gürcüstanın ali məktəblərinə qəbul olub.
Bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən məlumat verilib. Bildirilir ki, 2019-2020-ci tədris ili ilə müqayisədə bu il ali məktəblərə qəbul olan tələbələrin sayı 44 nəfər çoxdur.
Azərbaycanlı tələbələrin 935-i universitetlərə milli azlıqlar üçün nəzərdə tutulan “1+4” proqramı üzrə qəbul olub. Onlar bir il ərzində dövlət dilini öyrəndikdən sonra seçdikləri ixtisas üzrə bakalavr pilləsində təhsili davam etdirəcəklər.
Qeyd olunub ki, bu il tələbələrin böyük əksəriyyəti İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və İlya Dövlət Universitetində təhsil alacaqlar. Tələbə adını qazananların 99-u dövlət qrantı hesabına təhsil alacaq.
Tehsil-press.az