AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Nizami Gəncəvi: sələflər və xələflər – orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək.
Oktyabr ayında keçiriləcək konfransda ədəbiyyatşünaslıq, dilçilik, əlyazma abidələrinin mühafizəsi, konservasiya və restavrasiya olunması, əlyazmaşünaslıq / paleoqrafiya, fəlsəfə, kitabşünaslıq, mənbəşünaslıq, mətnşünaslıq və tarixşünaslıq bölmələri üzrə məruzələr dinləniləcək.
Konfrans iştirakçıları Azərbaycan, türk, ingilis və rus dillərində məruzə edə bilərlər. Məruzə tezislərinin toplu halında nəşri nəzərdə tutulur. Tezislər oktyabrın 20-dək qəbul olunur.
Tezisin mətni xülasə də daxil olmaqla 5000 işarədən və ya 2 səhifədən artıq olmamalıdır. Tezislərin tərtibinə dair tələblər AMEA-nın saytında yerləşdirilib.
Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
Tehsil-press.az