Türkmənistanın ölkəmizdəki səfirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Məhtimqulu və türk dünyası” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.
Məhtimqulu Fəraqinin poeziya günü münasibətilə təşkil olunan konfransda Azərbaycanla yanaşı, Türkmənistandan olan elm xadimləri də iştirak ediblər.
Konfransı açan AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli uzun illərdir Türkmənistan Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əlaqələrin inkişaf etdiyini, bu günə qədər bir çox faydalı işlər görüldüyünü və bundan sonra da əməkdaşlığın davam edəcəyini diqqətə çatdırıb.
Akademik vurğulayıb ki, Türkmənistanla olan əlaqələrdə Məhtimqulu irsini öyrənmək və təbliğ etmək istiqamətində aparılan işlər həmişə önə çəkilib: “Bu, təsadüfi deyil, Məhtimqulu Fəraqi türkmən xalqının bütün türk dünyasına və ümumən dünya mədəniyyətinə verdiyi böyük şəxsiyyətlərdəndir. O, türk dünyasında XVIII əsrlərdən başlanan yeni ədəbiyyatın əsasını qoyanlardan biridir. Məhtimqulu Fəraqi həm də Türkmənistanın milli birliyinin rəmzidir. Onun Azərbaycanla bağlı səfərləri, yaradıcılığındakı səhifələr iki xalqın qardaşlığının qədim tarixə və böyük ənənələrə malik olduğunu sübut edən amillərdir. Şeirlərindən görünür ki, o, Şəkidə olub və Azərbaycanda gördüklərini yaradıcılığında əks etdirib.
Biz Məhtimqulu irsini Türkmənistanla birgə öyrənmək istiqamətində uzun illərdir birgə fəaliyyət göstəririk. Məhtimqulu bizim ortaq böyük şairimizdir. Artıq neçə ildir ki, Türkmənistanın Bakıdakı səfirliyi ilə bir yerdə hər il Məhtimqulu Fəraqiyə həsr olunan konfranslar təşkil edirik. O, Azərbaycanla Türkmənistan arasında qardaşlıq, mədəniyyət və ədəbiyyat körpüsüdür. AMEA-nın arxivindən tapdığımız Məhtimqulu Fəraqinin “Divan”ı Buxaradan sonra ilk dəfə Bakıda akademiyanın vasitəsilə çap olunub. Həmin nüsxə 1914-cü ildə Buxarada daş basması ilə çap olunmuşdu. Bakıda tapılan nüsxə hər iki ölkənin alimlərinin birgə səyi ilə hazırlanaraq nəşr edildi”.
Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev iki qardaş ölkə arasında əlaqələrin inkişafında belə konfransların keçirilməsinin önəmini vurğulayıb. Həm öz adından, həm də səfirliyin adından Azərbaycan Milli Elmlər Akademiyasına təşəkkürlərini bildirib. Eyni zamanda, bu işə dəstək olan Türkmənistanlı alimlərin əməyini yüksək qiymətləndirib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Türkdilli Ölkələrin Parlament Assambleyasının baş direktoru (ТÜRKPA) Altınbek Mamayusupov çıxışlarında iki türk dövləti arasında qurulan ədəbi əlaqələrdən bəhs ediblər.
Onlayn konfransda Türkmənistan və Azərbaycan alimlərinin Məhtimqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan məruzələri dinlənilib.
Tehsil-press.az