Qarab [?] Tarix: ağın bərpası istiqamətində aparılan işlər alimlər qarşısında yeni vəzifələr qoyur

Qarab   [?] Tarix:	ağın bərpası istiqamətində aparılan işlər alimlər qarşısında yeni vəzifələr qoyur 27 sentyabr Azərbaycanın mübarizə tarixinə II Qarabağ müharibəsinin başlanğıcı kimi düşdü. Ötən ilin həmin günündə Azərbaycan 30 illik işğal dövründən sonra haqq savaşına qalxdı. 2020-ci il sentyabrın 27-si səhər saatlarında təcavüzkar erməni ordusunun cəbhəboyu Azərbaycan ərazilərinə hücum etməsindən sonra, buna cavab olaraq Müzəffər Ali Baş Komandanın əmri ilə bütün təmas xətti boyu əks-hücum əməliyyatlarına başlanıldı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Elə həmin gün televiziya kanallarında əzmkar ordumuzun bir çox yaşayış məntəqələri və strateji yüksəklikləri işğaldan azad edərək tarixi nailiyyətlərə imza atdıqları barədə verilən xəbər xalqımızın hədsiz sevincinə səbəb oldu.
Gənc tədqiqatçı Nərgiz Qəhrəmanova söyləyib. O bildirib ki, dövlət başçısı müharibənin ilk günündə xalqa müraciətində demişdir: “Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”.
Ölkə rəhbəri öz nitqində bütün azərbaycanlıların fikir və düşüncələrini ifadə etmiş, xalqı qələbəyə ruhlandırıb. Siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəs Vətən uğrunda birləşərək dövlət başçısının siyasətini tam şəkildə dəstəkləyib.
Dövlət başçısının “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” şüarı təkcə Azərbaycan Ordusunun deyil, bütün xalqın dilinin əzbərinə çevrildi. 44 gün ərzində ordumuz kiçik uğurlardan böyük uğurlara doğru irəlilədi. Azərbaycanın ildən-ilə güc toplayan rəşadətli Ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Ərazi bütövlüyümüz dövlət, ordu və xalq birliyi nəticəsində, milli ruh hesabına təmin edildi. Prezident İlham Əliyev bütöv və müstəqil Azərbaycan uğrunda mübarizədə xalqın haqq səsini ucaltdı. Azərbaycanın hərbi potensialı və müdafiə qüdrətinin gücləndirilməsi sahəsində əldə edilən nailiyyətlər işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi.
“Torpaq, uğrunda ölən varsa Vətəndir!” sözlərini şüara çevirən cəsur Azərbaycan gəncləri qorxmadan-çəkinmədən, canları və qanları bahasına düşmənlə mübarizə apardılar. Ordumuz irəli gedərək hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, eləcə də yüksəklikləri azad edirdi.
Azərbaycan Ordusu bir-birinin ardınca Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa Zəfəri müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Ermənistanın baş naziri Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.
O qeyd edib ki, ölkə rəhbərinin çağırışlarına cavab olaraq AMEA-nın müxtəlif institut və təşkilatlarında çalışan onlarla gənc könüllü şəkildə cəbhə bölgəsinə yollandı, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şərəflə vətəndaşlıq borcunu yerinə yetirdi. Onların arasında Vətən uğrunda canından keçib şəhidlik zirvəsinə ucalanlar, eləcə də qazi olanlar oldu. AMEA-nın bir neçə əməkdaşı Vətən müharibəsində öz yaxınlarını və doğmalarını itirdi. Belə ki, Vətən müharibəsi şəhidi, AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Mahsun Bağırzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Torpaqlarımızın düşmən işğalından azad olunmasında igidlik və şücaət göstərən Vətən müharibəsi şəhidlərindən biri də AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Manaf Bəhmənlidir. Ölümündən sonra o, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. AMEA Yüksək Texnologiyalar Parkının baş mühəndisi Rahim Heydərovun oğlu, 25 yaşında qəhrəmancasına şəhid olmuş əsgər Rafiq Heydərov da ölümündən sonra təltif edilənlər sırasındadır. Döyüşlərdə göstərdiyi şücaətə görə o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Rafiq Heydərov bir müddət AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunda fəaliyyət göstərib.
Bundan əlavə, dövlət başçısının müvafiq sərəncamları ilə AMEA-nın ərazi bütövlüyümüz uğrunda mübarizə aparmış, Vətən müharibəsi iştirakçısı olan əməkdaşları Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə medallarla təltif olunublar.
Cari ilin may ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bu günü və gələcəyi” mövzusunda keçirilən onlayn konfransda Qarabağ regionunda ermənilər tərəfindən törədilmiş ekoloji fəlakətin elmi əsaslı monitorinqi, azad edilmiş ərazilərin bioloji müxtəlifliyinin, torpaq və su ehtiyatlarının, kənd təsərrüfatının işğaldan əvvəlki və mövcud vəziyyətinin müqayisəli təhlili istiqamətində müxtəlif tədqiqatların nəticələri təqdim olundu.
“Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər və dövlət başçısının Qarabağın bərpası üçün başladığı irimiqyaslı quruculuq işləri AMEA qarşısında da yeni vəzifələr qoyub. Vətən müharibəsində olduğu kimi, işğaldan azad edilmiş Qarabağ torpaqlarının bərpası işində, “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin icrasında, bölgənin zəngin mədəni irsinin öyrənilməsində, ekoloji mühitinin tədqiq və bərpası kimi vəzifələrin icrasında da AMEA-nın elmi müəssisələri bütün resursları ilə fəal iştirak edir. Azərbaycan hər zaman Vətən övladlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Vətənin azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq!”,- deyə N.Qəhrəmanova bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər